JURNAL HAQQINDA

ISSN 2220-8542

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusu 2015-ci ildən mütəmadi çap olunur.

31.01.2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1674 nömrə ilə uçota alınmışdır. 

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. 

Jurnal öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları və beynəlxalq standartlara uyğun qurmuşdur.

Elmi jurnalda dinlər, məzhəblər, təriqətlər, cərəyanlar, din fəlsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, fəlsəfə, tarix və mədəniyyətlə bağlı məqalələr çap edilir. 

2023-cü ildən etibarən ildə 3 dəfə elektron variantda təqdim olunan jurnalda bütün məqalələr yoxlandıqdan sonra ekspertlərə göndərilir, müsbət rəy alarsa, çapa  təqdim olunur.

 “Dövlət və Din” ictimai fikir toplusu həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  

Faydalı linklər

© www.dovlet-din.az