AXUND MOLLA MƏHƏMMƏD PİŞNAMAZZADƏNİN İSLAMÇILIQ VƏ MİLLİ MAARİFÇİLİK FƏALİYYƏTİ

Faiq Ələkbərli | faikalekperov@mail.ru

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Cəmiyyət və din
UOT 1(091)
XÜLASƏ

Məqalədə göstərilir ki, şeyxülislam, axund, molla Məhəmməd Pişnamazzadə din xadimi olsa da, dünyəvi elmlərə də xüsusi diqqət yetirmiş, yeni üsullu təhsil və maarifçilik sahəsində çox böyük xidmətlər göstərmişdir. İlk dövrlərdə Pişnamazzadəni daha çox İslamla bağlı yeniləşmənin tərəfdarı kimi görürük. Onun İslam dininə yanaşması dövrün şərtlərindən də irəli gələrək bütün müsəlmanların oyanışına köklənmişdir. Ancaq zamanla çar Rusiyası müsəlmanlarının, o cümlədən türk müsəlman əhalinin maariflənməsinə diqqət yetirən Pişnamazzadə, bununla da, çar jandarmeriyasının diqqətini cəlb etmişdir. Bu baxımdan onun fəaliyyətində islamçılıqla yanaşı, türklük meyillərinin güclü olması da şübhəsizdir. Hər halda onun Azərbaycan türk təşkilatı “Difai”nin tanınmış simlarından biri olması təsadüfi deyildir. 

Sadəcə, Pişnamazzadənin dünyagörüşündə islamçılıq və türklüyə münasibətdə birinci daha ön planda olmuşdur. Bunun nəticəsi olaraq da o, İslam dini mərkəzli ümmətçi birliyin tərəfdarı olmuş, vahid İslam-türk dövlətini müdafiə etmişdir. Əgər ilk dövrlərdə Pişnamazzadənin islamçılıqla bağlı baxışları keçərli idisə, zamanla türklük və demokratiya məsələlərinin önə çıxması vəziyyəti dəyişmişdir. Bu baxımdan onun Azərbaycanı müstəqil dövlətdən daha çox vahid türk-İslam dövlətinin tərkib hissəsi kimi görməsi türk demokratları ilə yollarını tamamilə ayırmasına səbəb olmuşdur.

Bütövlükdə, Pişnamazzadə şeyxülislam və vətənpərvər Azərbaycan türkü kimi adını tarixə yazdırmağı bacarmışdır

ƏDƏBİYYAT

  1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə, 1-ci cild. Bakı: Lider Nəşriyyatı, 2004.
  2. Mövlayi Adil. Qafqazda elm dünyasının ulduzları. Bakı: “Bahar”, 2013.
  3. Nurullayev Fuad. Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı: “Nurlar” NPM, 2014.
  4. Nəbi Ceyhun. Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan mübarizəsində / https://ganca.org/index.php?option=com_content&view=article&id=343:eyxuelislam-axund-mhmmd-pinamazzad-&catid=4:axsiyyatlar&Itemid=3
  5. Cavid Hüseyn. Əsərləri. 4-cü cild. Bakı: “Yazıçı”, 1985.
  6. Məmmədli Hüseynqulu. Qafqazda İslam və Şeyxülislamlar. Bakı: MBM, 2005.
  7. Əzizov Eldar. “Difai”: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı: SBS, 2009.
  8. Bayqara Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992.
  9. Bağırova İrade. 20. Yüzyılın Başlarında Azerbaycanda Siyasi Partiler // Azerbaycan Düşünce Tarihi. 2 cilddə, 1. cild. Ankara: YTB yayınları, 2021.
  10. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə, 2-ci cild. Bakı: Lider Nəşriyyatı, 2005.
  11. Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г. Баку: «Елм», 2002.
  12. ГИА АР (Государственный Исторический Архив Азербайджанской Республики): ф.62. оп.1, д.59, лл. 79, 87.
  13. ГИА АР: ф.524, оп.1, д.30, л. 1-2.
  14. Rəsulzadə M.Ə. Əsərləri (1915-1916). 3-cü cild. Bakı: “Elm”, 2012.
  15. Rəsulzadə M.Ə. Şeyxülislamın təsdiqi münasibətilə // “İqbal”, 13 fevral 1915, № 864.
  16. Şeyxzamanlı Nağı. Xatirələrim. Bakı: “Vətən”, 2004.
  17. Azerbaycan Cumhuriyeti Osmanlı Arşiv Belgeleri, 1918-1920. Bakı: Teas Press, 2018.
  18. “Azərbaycan” qəzeti, 13 dekabr 1918-ci il, sayı 64.
  19. Əlizadə Ələsgər, Əliyev Aydın. XX əsr Gəncənin görkəmli elm, mədəniyyət, partiya və dövlət xadimləri. Bakı: “Oskar”, 2008.

ISLAMISM AND NATIONAL ENLIGHTENMENT ACTIVITY OF AKHUND MOLLA MUHAMMAD PISHNAMAZZADE

Faig Alakbarli | faikalekperov@mail.ru

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Society and religion
UOT 1(091)
SUMMARY

The article shows that even Sheikhulislam, Akhund, Molla Muhammad Pishnamazzade was a cleric, he also paid special attention to secular sciences and rendered great services in the field of new method education and enlightenment. In the early days, we see Pishnamazzadeh as a supporter of innovation related to Islam. His approach to the Islamic religion was based on the conditions of the time and rooted in the awakening of all Muslims. However, over time, Pishnamazzade, who paid attention to the education of the Muslims of Tsarist Russia, including the Turkish Muslim population, also attracted the attention of the Tsarist gendarmerie. From this point of view, there is no doubt that in addition to Islam, Turkish tendencies are strong in his activities. In any case, it was no coincidence that he was one of the well-known members of the Azerbaijani Turkish organization Difai.

But in the worldview of Pishnamazzade in relation to Islamism and Turkishness the former was more prominent. As a result of this, he became a supporter of the ummatist unity centered on the Islamic religion and defended a single Islamic-Turkish state. If Pishnamazzade's views on Islamism were valid in the early days, the situation has changed over time as the issues of Turkishness and democracy came to the fore. In this regard, his view of Azerbaijan as a part of a single Turkish-Islamic state rather than an independent state caused him to completely part ways with the Turkish democrats. All in all, Pishnamazzade managed to write his name in history as a sheikhulislam and patriotic Azerbaijani Turk

REFERENCE LIST

  1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə, 1-ci cild. Bakı: Lider Nəşriyyatı, 2004.
  2. Mövlayi Adil. Qafqazda elm dünyasının ulduzları. Bakı: “Bahar”, 2013.
  3. Nurullayev Fuad. Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı: “Nurlar” NPM, 2014.
  4. Nəbi Ceyhun. Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan mübarizəsində / https://ganca.org/index.php?option=com_content&view=article&id=343:eyxuelislam-axund-mhmmd-pinamazzad-&catid=4:axsiyyatlar&Itemid=3
  5. Cavid Hüseyn. Əsərləri. 4-cü cild. Bakı: “Yazıçı”, 1985.
  6. Məmmədli Hüseynqulu. Qafqazda İslam və Şeyxülislamlar. Bakı: MBM, 2005.
  7. Əzizov Eldar. “Difai”: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı: SBS, 2009.
  8. Bayqara Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992.
  9. Bağırova İrade. 20. Yüzyılın Başlarında Azerbaycanda Siyasi Partiler // Azerbaycan Düşünce Tarihi. 2 cilddə, 1. cild. Ankara: YTB yayınları, 2021.
  10. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə, 2-ci cild. Bakı: Lider Nəşriyyatı, 2005.
  11. Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г. Баку: «Елм», 2002.
  12. ГИА АР (Государственный Исторический Архив Азербайджанской Республики): ф.62. оп.1, д.59, лл. 79, 87.
  13. ГИА АР: ф.524, оп.1, д.30, л. 1-2.
  14. Rəsulzadə M.Ə. Əsərləri (1915-1916). 3-cü cild. Bakı: “Elm”, 2012.
  15. Rəsulzadə M.Ə. Şeyxülislamın təsdiqi münasibətilə // “İqbal”, 13 fevral 1915, № 864.
  16. Şeyxzamanlı Nağı. Xatirələrim. Bakı: “Vətən”, 2004.
  17. Azerbaycan Cumhuriyeti Osmanlı Arşiv Belgeleri, 1918-1920. Bakı: Teas Press, 2018.
  18. “Azərbaycan” qəzeti, 13 dekabr 1918-ci il, sayı 64.
  19. Əlizadə Ələsgər, Əliyev Aydın. XX əsr Gəncənin görkəmli elm, mədəniyyət, partiya və dövlət xadimləri. Bakı: “Oskar”, 2008.

ИСЛАМИЗМ И НАЦИОНАЛЬНО-ПРОСВЕТИТЕЛЬСКАЯ ДЕЯТЕЛЬНОСТЬ АXУНДА МОЛЛА МОХАММЕДА ПИШНАМАЗЗАДЕ

Фаик Алекберлы | faikalekperov@mail.ru

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Общество и религия
UOT 1(091)
РЕЗЮМЕ

В статье показано, что, хотя Шейхульислам, Ахунд, Молла Мухаммад Пишнамаззаде был священнослужителем, он также уделял особое внимание светским наукам и оказал большие услуги в области новометодного образования и просвещения. В первые дни мы видим Пишнамаззаде как сторонника инноваций, связанных с исламом. Его подход к исламской религии основывался на условиях того времени и коренился в пробуждении всех мусульман. Однако со временем Пишнамаззаде, уделявший внимание просвещению мусульман царской России, в том числе турецкого мусульманского населения, привлек внимание и царской жандармерии. С этой точки зрения не вызывает сомнений, что помимо ислама в его деятельности сильны тюркские тенденции. В любом случае неслучайно он был одним из известных членов азербайджано-турецкой организации «Дифаи».

Но в мировоззрении Пишнамаззаде по отношению к исламизму и турецкости первое было более заметно. В результате этого он стал сторонником умматистского единства, основанного на исламской религии, и защищал единое исламско-турецкое государство. Если взгляды Пишнамаззаде на исламизм были приемлемы в первые дни, то со временем ситуация изменилась, когда на первый план вышли вопросы турецкости и демократии. В связи с этим его взгляд на Азербайджан как на часть единого турецко-исламского государства, а не как на независимое государство, заставил его полностью разойтись с турецкими демократами. В общем, Пишнамаззаде сумел вписать свое имя в историю как шейхульислам и патриотический азербайджанский тюрк

ЛИТЕРАТУРА

  1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə, 1-ci cild. Bakı: Lider Nəşriyyatı, 2004.
  2. Mövlayi Adil. Qafqazda elm dünyasının ulduzları. Bakı: “Bahar”, 2013.
  3. Nurullayev Fuad. Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı: “Nurlar” NPM, 2014.
  4. Nəbi Ceyhun. Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan mübarizəsində / https://ganca.org/index.php?option=com_content&view=article&id=343:eyxuelislam-axund-mhmmd-pinamazzad-&catid=4:axsiyyatlar&Itemid=3
  5. Cavid Hüseyn. Əsərləri. 4-cü cild. Bakı: “Yazıçı”, 1985.
  6. Məmmədli Hüseynqulu. Qafqazda İslam və Şeyxülislamlar. Bakı: MBM, 2005.
  7. Əzizov Eldar. “Difai”: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı: SBS, 2009.
  8. Bayqara Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992.
  9. Bağırova İrade. 20. Yüzyılın Başlarında Azerbaycanda Siyasi Partiler // Azerbaycan Düşünce Tarihi. 2 cilddə, 1. cild. Ankara: YTB yayınları, 2021.
  10. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə, 2-ci cild. Bakı: Lider Nəşriyyatı, 2005.
  11. Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г. Баку: «Елм», 2002.
  12. ГИА АР (Государственный Исторический Архив Азербайджанской Республики): ф.62. оп.1, д.59, лл. 79, 87.
  13. ГИА АР: ф.524, оп.1, д.30, л. 1-2.
  14. Rəsulzadə M.Ə. Əsərləri (1915-1916). 3-cü cild. Bakı: “Elm”, 2012.
  15. Rəsulzadə M.Ə. Şeyxülislamın təsdiqi münasibətilə // “İqbal”, 13 fevral 1915, № 864.
  16. Şeyxzamanlı Nağı. Xatirələrim. Bakı: “Vətən”, 2004.
  17. Azerbaycan Cumhuriyeti Osmanlı Arşiv Belgeleri, 1918-1920. Bakı: Teas Press, 2018.
  18. “Azərbaycan” qəzeti, 13 dekabr 1918-ci il, sayı 64.
  19. Əlizadə Ələsgər, Əliyev Aydın. XX əsr Gəncənin görkəmli elm, mədəniyyət, partiya və dövlət xadimləri. Bakı: “Oskar”, 2008.

Useful links

© www.dovlet-din.az